“Steril mühitdən imtina etmək lazımdır ki…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Həkim və teleaparıcı Yevgeni Komarovski immuniteti gücləndirməyin yeganə yolunu açıqlayıb.

Publika.az xəbər verir ki, tanınmış pediatr bu barədə instaqramda məlumat verib. Onun sözlərinə görə, bunun üçün bir sıra şərtləri yerinə yetirmək lazımdır: idman etmək, sağlam qidalanmaq, hazır məhsullardan imtina etmək, şəkərin miqdarını azaltmaq, çəkiyə nəzarət etmək və özünüzü stresdən qorumaq. Bundan əlavə, müsbət emosiyalar yaşamaq, müntəzəm olaraq cinsi əlaqədə olmaq vacibdir. Steril mühitdən imtina etmək lazım olduğunu söyləyən həkimin əlavə edib ki, immunitet sistemi daim bir dəstə bakteriya ilə təmasda olmalıdır.

“Təbiidir ki, təmiz hava da insanlar üçün eyni dərəcədə vacibdir. Bütün bunlar immuniteti gücləndirir” detə

Komarovski əvvəllər koronavirusun qarşısını almaq üçün antibiotiklərdən istifadənin təhlükələrini izah etmişdi. Onların profilaktik istifadəsi xəstəlik zamanı bakterial fəsadların yaranma ehtimalını artırdığını bildirmiş və bu cür dərmanların çox səbəb olmadan istifadəsindən xəbərdarlıq etmişdi. Heç bir həkim göstərişi olmadan antibiotiklərdən istifadə etməyin də təhlükəli olduğunu da xatırlatmışdı.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp