Azərbaycan Premyer Liqasının taleyi ilə bağlı QƏRAR VERİLDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Premyer Liqanın bərpası ilə bağlı işlər Nazirlər Kabinetinin qərarına uyğun davam etdiriləcək”.

Publika.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev çempionatın mümkün bərpasının təxirə düşməsi ilə bağlı danışarkən deyib.

Qurum rəsmisi bildirib ki, hələlik bununla bağlı yenilik yoxdur: “Bilirsiniz ki, karantin rejimi mayın 31-dək uzadılıb. Hələ ki son məlumat budur. Operativ Qərargahdan hər hansı yeni xəbər alsaq, rəhbərlik bizə nə isə desə, ictimaiyyətə informasiya veriləcək”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılıb. PFL daha əvvəl mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda, mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb. Amma karantin rejiminin mayn 31-dək uzadılması futbola tətbiq olunan qadağanın qüvvədə qalmasına səbəb olub.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp