Azərbaycanda İLK – Klonlaşdırılmış bitkilərin kütləvi əkintisi baş tutdu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Ölkəmizdə ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə istehsal olunan vegetativ klon calaqaltı formaları sahəyə köçürülüb.

Bu barədə Publika.aza Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutundan məlumat verilib. Meyvəçilik və Çayçılıq ETİ-nun Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanovun sözlərinə görə, çəyirdəkli meyvə bitkilərinin 4 calaqaltıları in-vitro üsulu ilə çoxladılıb və bütün mərhələləri keçdikdən sonra sahəyə köçürülüb. O bildirir ki, bu bitkilər normal boya və kök sisteminə malik olduğu üçün açıq sahəyə də adaptasiyası da uğurlu keçəcək. S.Süleymanova deyir ki, bu calaqaltılar calaq olunacaq və bir ildən sonra sağlam və yüksək keyfiyyətli əkin materialı əldə etmiş olacıq. Bu bitkilərin ən böyük üstünlüyü virussuz olmasıdır.

O, bildirir ki, xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir. Layihənin əsas məqsədi də ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir. Gələn ilin sonuna kimi Meyvəçilik və Çayçılıq ETİ-da 1 milyonadək tingin istehsalı planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq ETİ-nun yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd ilk 3 il ərzində illik ting istehsalını 2 milyon ədədə çatdırmaqdır. Bu da xaricdən ting idxalının qarşısını böyük ölçüdə alacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp