Günay İbrahimli yeni klipini təqdim etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Müğənni Günay İbrahimli yeni mahnı və klipini təqdim edib.

Publika.az xəbər verir ki, “Bu zamandan sonra” adlı mahnının müəllifi Zülfi Bədəlovdur. Bəstənin aranjemanı isə Elvin Musayevə aiddir. İfaçı yeni klipinin rejissor işini Dele Orucluya həvalə edib.

Rəngarəng görüntülərin yer aldığı ekran işində Günay İbrahimli izləyiciləri qarşısına bir neçə obrazda çıxıb.

“Mahnıdan bir hissəni İnstaqram hesabımda paylaşmışdım. Gələn reaksiyalardan çox bəyənildiyini anladım. Bundan başqa havalar istiyə doğru gedir. Həm də ölkə ərazisində koronavirusla bağlı karantin rejimidir. Ona görə də düşündüm ki, məhz rəngarəng klip və ritmik mahnı ilə #evdəqal mesajına dəstək olan hər kəsi pozitiv əhval-ruhiyyəyə yükləyim”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp