Türkiyə Superliqasının bərpa tarixi açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Koronavirus pandemiyasına görə yarımçıq dayandırılan Türkiyə Superliqasının oyunları iyunun 10-dan sonra bərpa oluna bilər.

Publika.az-ın xəbərinə görə, bunu Klublar Komitəsinin (KK) sədri Mehmet Sepil bu gün gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir və yerli komandaların rəhbərliyinin iştirakı ilə keçirilən videokonfransda müzakirə olunan məsələlər barədə danışarkən deyib.

Qeyd edək ki, Türkiyədə yerli liqalar martın 19-da dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp