Evdə hazırlanan maskaların effektivliyi qiymətləndirildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Evdə hazırlanan maskalar, demək olar ki, ABŞ-ın tibb işçiləri üçün tövsiyə olunan N95 sinifli respirator qədər təsirli olur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bu nəticəyə ABŞ-dakı Argonne Milli Laboratoriyasının alimləri gəlib. Onların araşdırmaları “ACS Nano” jurnalının saytında yayımlanıb.

Onların verdiyi məlumata görə, iki növ parça, məsələn, pambıq və ipəkdən olan maskalar aerozol hissəciklərinin 80-99 faiz qarşısını alır. Birqatlı maskalar ən pis nəticələr göstərib: mayenin ən kiçik hissəcikləri və havaya püskürən qatı maddələr boşluqlardan sərbəst keçib.

Aprelin əvvəllərində amerikalı elm adamları tibb mütəxəssisləri üçün maskalardan təkrar istifadə etməyin yollarını tapıb. Qoruyucu vasitələrin dezinfeksiya edilməsi üçün üç ümumi metod müəyyən edilib: istilik, ultrabənövşəyi işıq və hidrogen peroksid buxarı (VPH).

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp