Telefonlara cavab verməyən Afaq Bəşirqızı instaqram profilini sildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Son günlərdə adı qalmaqallarda hallanan Xalq artisti Afaq Bəşirqızı İnstaqram səhifəsini bağlayıb.

Publika.az xəbər verir ki, aktrisa 21 mindən çox izləyicisi olan profilinin adını dəyişərək “meduzatime” edib. Ötən gündən səhifədə başqa görüntülər paylaşılmağa başlayıb. Bəşirqızı səhifədə yalnız 2 milyondan çox izlənən müsahibəsini saxlayıb.

Xalq artisti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab ala bilmədik. Elgiz Əkbər isə telefonu söndürərək instaqramda ona dəstək olan izləyicilərinə təşəkkür etməklə kifayətlənib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp