Birinci xanımdan maska TÖVSİYƏSİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,ABŞ-ın birinci xanımı Melaniya Tramp COVID 19-dan qorunmaq üçün maskaların əhəmiyyətindən söz açıb.

Publika.az xəbər verir ki, Melaniya Tramp Tvitter hesabında qoruyucu maskaların əhəmiyyətini izah edən bir video paylaşıb.

O, maskalardan istifadənin və sosial məsafənin koronavirusdan müdafiədə vacib olduğunu diqqətə çatdırıb: “Sosial məsafəyə diqqət etməliyik. Bazar və aptek kimi sosial məsafənin çətin olduğu yerlərdə qoruyucu maskalardan istifadə edin”.

Xatırladaq ki, ABŞ Prezidenti Donal Tramp, mətbuat konfransında maska taxmadığını söyləmişdi. O, özünü yaxşı hiss etdiyini və maska taxmaq istəmədiyini bildirmişdi.

“Bilirsiniz, Oval kabinetdə gözəl masanın arxasında oturub, tibbi maska taxıb prezidentləri, baş nazirləri, kraliçaları salamlamaq… bilmirəm, bu, mənim üçün deyil”, – D.Tramp izah edib.

Ölkə başçısı onu da əlavə edib ki, öz fikrini dəyişə bilər, amma ümid edir ki, koronavirus çox tezliklə başa çatacaq.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp