ŞOK: Yer kürəsi fəlakətlərin astanasındadır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Yer kürəsi böyük fəlakətlərin astanasındadır.

Publika.az Türkiyənin NTV televiziyasına istinadən xəbər verir ki, İtaliyadan olan alimlərin araşdırmasına görə, yer kürəsində 250 milyon il əvvəlki hadisələr müşahidə olunur. 250 milyon il əvvəl karbon qazının yüksək olması və böyük vulkanik partlayışlar nəticəsində canlılar kütləvi məhv olmuşdu. Alimlər antik qaya parçalarını araşdıraraq, hazırki karbon qazının miqdarının 250 milyon əvvəlki səviyyəyə yaxın olduğunu müəyyən ediblər.

Elm adamları hesab edir ki, qabaqlayıcı tədbirlər görülməsə bu əsrin sonuna qədər qlobal istiləşmə, dəniz səviyyəsinin yüksəlməsi, okeandakı zərərli maddələrin miqdarının artması və atmosferdəki karbon qazının miqdarı 250 milyon il əvvəlki ilə eyni səviyyəyə çatacaq. Nəticədə, Dünya, canlıların 6-cı kütləvi yox olmasına şahid olacaq.

Anar Türkeş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp