ABŞ fəlakətə sürüklənir, Avropa ölkələri uçurum kənarındadır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Dünya miqyasında koronavirusa yoluxma sayı 1 milyon 347 min 844 olub.

Publika.az xəbər verir ki, onlardan 74 min 792 nəfəri dünyasını dəyişib.

286 min 469-u isə sağalıb.

Hazırda müalicəsi davam edən 986 min 584 nəfər var. Onlardan 939 min 185-nin vəziyyəti stabil, 47 min 399 nəfərinki isə ağır dəyərləndirilir.

Sutka ərzində ən çox yoluxma faktı ABŞ-da qeydə alınıb. 646 nəfərin aşkarlanması ilə yoluxma sayı 367 min 650-yə çatıb. 72 nəfər son gündə ölüb və ölüm sayı 10 min 943 olub. 19 min 810 nəfər sağalıb.

ABŞ, İspaniya, İtaliya, Almaniya yoluxma sayı 100 mini keçmiş ölkələrdir.

Son sutka ərzində dünyada 1 840 yeni yoluxma, 138 ölüm faktı qeydə alınıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp