“Azərbaycan tibbi ləvazimatları istehsal edən ölkəyə çevrilir”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə müxtəlif istiqamətlərdə geniş miqyaslı islahatlar aparılır. Təbii ki, bu islahatların içərisində iqtisadiyyatın inkişaf etdirilməsi çox mühüm yer tutur. Belə ki, Dünya Bankının “Doing business” hesabatlarında ölkəmiz biznes mühitinin yaxşılaşdığı qabaqcıl ölkələr sırasında yer alır”.

Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.

Onun sözlərinə görə, təəssüflər olsun ki, son dövrlər dünyada geniş yayılmış koronavirus infeksiyası görülən bütün qabaqlayıcı tədbirlərə baxmayaraq, ölkəmizdən də yan keçməyib: “Hazırda fövqəldövlətlər qeyd olunan xəstəliyin əlində acizdir, yoluxan və ölənlərin sayı narahatedicidir. Bunlara baxmayaraq, Prezident tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi, vəziyyətə uyğun şəkildə zəruri addımların atılması nəticəsində xəstəliyin Azərbaycanda geniş vüsət almasına imkan verilmədi və hazırda bu siyasətin nəticəsi kimi vəziyyət nəzarət altındadır. Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus dünya liderlərinə ünvanlandığı məktubda koronovirus pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və görülən işləri təqdir edərək ölkəmizin təcrübəsini örnək göstərib. Əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşıldığı üçün hələ iki həftə əvvəl ölkəmizdə tibbi maska istehsalına başlanılması üçün Prezident tərəfindən birbaşa göstəriş verilib. Bu məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları qısa müddətdə sahibkarlara kreditlər verib, nəticədə tibbi maska istehsalı ilə bağlı avadanlığın və xammalın Azərbaycana çox qısa zamanda gətirilməsinə nail olunub”.

Bu gün ölkəmizdə yaradılmış şərait imkan verir ki, tibbi maska və dezinfeksiya vasitələrinin istehsal sahələrinin təşkilində çox qısa zamanda uğur qazanaq. Bu həm də, dövlətin özəl sektora qayğısının, dövlət və özəl sektorun tərəfdaşlığının, dövlətin özəl sektorun inkişafı istiqamətində atmış olduğu addımların məntiqi nəticəsidir. Xatırlatmaq istərdim ki, Sumqayıt Kimya Sənaye Parkı da Prezidentin təşəbbüsüylə yaranmış və burada məqsəd qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması ilə bağlı olmuşdur. Dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, insanlar xəstəliyə yoluxmasın, onların sağlamlığı təmin edilsin və buna nail olmaq üçün bütün tədbirlər görülür. Eyni zamanda vətəndaşlar daha da məsuliyyətli olmalı və şəxsi gigiyenalarına fikir verməli, özlərini və yaxınlarını bu xəstəliyə yoluxmaqdan qorumalıdırlar”, – A.Əliyev qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp