Selena Qomezdən etiraf – Bu xəstəlikdən əziyyət çəkir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Dünyaca məşhur müğənni Selena Qomez karantin günlərində sosial mediadan gerçəkləşdirdiyi canlı yayım vasitəsilə həkimlərinin ona bipolyar pozuntu diaqnozu qoyduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu etirafı sosial mediadan amerikalı müğənni Mayli Sayrus ilə görüntülü söhbət edərkən deyib.

27 yaşlı müğənni diaqnozu ilk eşidəndə təəccübləndiyini bildirib: “Bunu öyrənəndə həm dəhşətə gəldim, həm də rahatladım. Nəhayət ki, illərdir depresiya və narahatlıqla nə üçün mübarizə apardığımı bildim”.

Xəstəliyi haqqında artıq daha çox məlumatlı olduğunu vurğulayan Qomez bunları əlavə edib: “Uşaq vaxtı ildırımdan və şimşəkdən çox qorxurdum. Anam mənə kitablar gətirib, bu barədə çox məlumatın olsa, qorxun keçəcək deyərdi. Eyni şey indi də belədir. Artıq bildiklərim sayəsində qorxmuram”.

Qeyd edək ki, bipolyar pozuntudan əziyyət çəkən insanlarda emosional dəyişikliklər özünü radikal şəkildə büruzə verir və maniakal, yaxud depressiv vəziyyətlərə çatır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp