Azərbaycanda vəziyyət çox ciddidir, bütün bölgələrdə…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Vəziyyət çox ciddidir. İnsanlar hələ də bunu başa düşmək istəmirlər. Zəruri olmadıqca evdən çıxmayın”.

Publika.az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib: “Xəstəxanalarda yer qalmayacaq. Bu bütün ölkələrdə belədir. Biz bu qadağaları vəziyyət pisləşmədən qoymaq məcburiyyətindəyik. Biz müalicə prosesi barədə hər gün araşdırma aparırıq. Xəstələr xəstəxanaya tədricən gəldikdə müalicə prosesi aparmaq olur”.


Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, zərurət olduğu təqdirdə fövqəladə vəziyyət istisna olunmur: “Bu gün yoluxmanın coğrafiyası artır. Artıq kəndlərdə də yoluxma halları qeydə alınır. Yoluxma sağalma sürətini üstələyir. Bu, pisdir. Vəziyyətin nəzarətdən çıxdığını deyə bilmərik, amma diqqətli olmalıyıq. Operativ qərargah hər plana hazırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp