Daha bir ölkədə koronavirus aşkarlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Şərqi Afrika ölkəsi Burundidə yeni tip koronavirusa (Covid-19) ilk yoluxma faktı aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tanzaniya vasitəsilə ölkəyə daxil olan 5 nəfərdən 2-də koronavirusun simptomları aşkarlanıb.

Xəstələr Bumerec Xəsətəxanasında müalicə edilir. Pandemiyanın ölkədə yayılmasının qarşısını almaq üçün görülən tədbirlər tamamlanıb.

Son məlumatlara görə, dünyada 859 min 338 nəfər koronavirusa yoluxub. Onlardan 42 min 334 nəfəri ölüb, 178 min 125 nəfəri sağalıb.

Burundi ilə birlikdə koronavirusa rast gəlinən ölkələrin sayı 203-ə çatıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp