Azərbaycanda koronavirusun az təsir etdiyi sahələr açıqlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Koronavirusun minimal təsirinə məruz qalan və ya heç təsir etmədiyi sektorlar rabitə və maliyyə, bank və sığorta sektorlarıdır.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Televiziyasında (AzTV) “Hədəf” verilişinin qonağı olan İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir buna səbəb kimi bu sektorun işçilərinin aldığı yüksək əməkhaqqını göstərib:

M.Cabbarov əlavə edib ki, koronavirusun yayılması ilə mübarizə ölkədə dövlət və sahibkarlar, hakimiyyətlə xalq arasında olan həmrəyliyə bir daha şahid olmağımıza imkan yaradıb.

Nazir qeyd edib ki, həm dövlət başçısının, həm də sahibkar və vətəndaşların Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələri bu baxımdan milli birliyimizin daha bir təzahürüdür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp