Ölənlər arasında şahzadə də var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu vaxta qədər dünyanın 202 ölkəsinə yayılan koronavirus qurbanlarının sayı anbaan artmaqdadır.

Publika.az xəbər verir ki İtaliya, İspaniya, Böyük Britaniya və ABŞ başda olmaqla, virusun mərkəzinə çevrilən ölkələrdə fövqəladə tədbirlər görülsə də, pandemiyaya yoluxma sayı yarım milyonu ötüb.

Koronavirus səbəbilə dünya miqyasında ölənlərin sayı 30 min 848-ə çatıb. Ümumilikdə, 664 min 924 nəfər infeksiyaya yoluxub. 140 min 222 nəfər sağalıb. Son 24 saatda 3 min 483 nəfər virusdan dünyasını dəyişib. 67 min 589 yeni yoluxma faktı aşkarlanıb.

İtaliya tarixi rəqəmləri gördü

İtaliya koronavirus pandemiyasında Avropanın mərkəzinə çevrilib. Ölkədə son 24 saatda 889 ölüm faktı qeydə alınıb. Bununla da ümumi ölüm sayı 10 min 23-ə çatıb. 92 min 472 nəfər virusdan əziyyət çəkir.

İranda son durum

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölənlərin sayının 2 min 517-ə çatdığını, 35 min 408 nəfərə koronavirus diaqnozu qoyulduğunu açıqlayıb.

ABŞ bu rəqəmlərlə virusun ortaya çıxdığı Çini və ən sürətlə yayıldığı İtaliyanı keçib. Ölkədə 2 min 191 nəfər koronavirusa yoluxub. ABŞ hazırda dünya miqyasında ən çox xəstənin olduğu ölkədir.

İspaniyada şahzadə öldü

İspaniyada 73 min 235 vətəndaş koronavirusa yoluxub. 5 min 982 nəfər dünyasını dəyişib. Ölənlərdən biri 86 yaşlı şahzadə Mariya Terezadır. Koronavirus testi pozitiv çıxan şahzadə xəstəliyə qalib gələ bilməyib.

Bundan başqa, Yeni Zelandiya, Toqo, Mali və Uruqvayda yeni tip koronavirusdan ilk ölüm faktları qeydə alınıb.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp