Heç kim sizdən pul tələb edə bilməz

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Şəhər İcra Hakimiyyəti dövlət balansında olan binaların sakinlırinə müraciət edib.

Publika.az xəbər verir ki, BŞİH-in Mətbuat xidmətinin məlumatında qeyd edikir:

“Son günlərdə paytaxt rayonlarında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə aparılan dezinfeksiya işləri zamanı bəzi şəxslərın özlərini icra hakimiyyəti strukturlarının işçiləri kimi təqdim etməyə çalışaraq pullu xidmətlər göstərməyə cəhd etmələri barədə məlumatlar daxil olur.

Bildiririk ki, dövlət balansında olan binalarda, binaların bloklarında, liftlərdə, həyətlərdə və ümumi istifadə yerlərinində dezinfeksiya işləri dövlət vəsaiti hesabına aparılır və bunun üçün heç bir vəsait tələb edilə bilməz.

Bakı Şəhər İcra Hakimiyyəti belə hallar mövcud olduğu təqdirdə, hüquq-mühafizə orqanlarına və ya aşağıda qeyd edilən qaynar xəttə müraciət edilməsini xahiş edir.

Qaynar xətt: (012) 492-63-11″

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp