Polşadan Bakıya daha 90 nəfər gətirildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Koronavirus pandemiyası (COVID-19) ilə bağlı xaricdə olan Azərbaycan vətəndaşlarının vətənə təxliyə olunması üzrə fəaliyyət davam etdirilir.

Azərbaycan Respublikasının Polşa Respublikasındakı Səfirliyindən verilən məlumata görə, 27 mart 2020-ci il tarixində “LOT” Polşa Hava Yolları tərəfindən ödənişli əsaslarla təşkil edilən Varşava-Bakı reysi müvəffəqiyyətlə həyata keçirilib və 90 nəfər Azərbaycan vətəndaşı ölkəyə qayıdıb.

Lakin Azərbaycan rəsmilərinin işə qarışmasından sonra uçuşla bağlı bütün anlaşılmazlıqlar aradan götürülüb və uçuş uğurla başa çatıb” – deyə, səfirliyin məlumatında qeyd olunub.(Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp