DOST könüllüləri tənha yaşlıların xidmətində

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçiləri tərəfindən yaşı 65-dən yuxarı olan tənha vətəndaşların evlərində sosial məişət xidmətlərinin göstərilməsində DOST könüllüləri də yaxından iştirak edir.

Publika.az xəbər verir ki, “Könüllü DOST” proqramının 30 könüllüsü sosial xidmətçilərlə birgə tənha yaşlılara evlərində ehtiyac duyduqları sosial məişət xidmətlərinin göstərilməsində dəstək olurlar.

“Könüllü DOST” proqramı bununla ölkəmizdə koronavirus infeksiyasının qarşısının alınması tədbirlərinə, yaşlı insanların infeksiyadan qorunması, ahıllarımıza hörmət və qayğı ilə yanaşılması istiqamətində aparılan işlərə öz dəstəklərini ifadə edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp