Tanınmış incəsənət xadimləri koronavirusa qarşı mübarizədə həmrəy oldu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin qlobal təhlükə olan koronavirusa qarşı apardığı ümummilli mübarizə tanınmış incəsənət xadimlərini də həmrəy edib.

Xalq rəssamı Vəcihə Səmədovanın 30 min manat dəyərində olan sənət əsəri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edildikdən sonra bir sıra tanınmış sənət adamları da bu nəcib təşəbbüsə qoşulublar.

Belə ki, “Qalereya -1969”un rəhbəri tanınmış rəssam-kalleksioner Elçin Orucov kolleksiyasında olan Xalq rəssamları Səttar Bəhlulzadənin iki və Mikayıl Abdullayevin bir, ümumilikdə isə beş əsəri Fonda ianə edib.

Qeyd edək ki, bu kompaniyaya Xalq rəssamı Vəcihə Səmədovanın nəvəsi, tanınmış rəssam Aqşin Mir Feyzullazadənin təşəbbüsü ilə start verilib. Kompaniyaya bütün incəsənət xadimləri qoşula bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp