“Kapital Bank”dan təqaüdçülərə güzəşt!

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Məlumat verdiyimiz kimi, Kapital Bank koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə Bank, korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq təqaüdçülərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.

Ölkə üzrə Kapital Bank-ın ödəniş kartları vasitəsilə pensiya alan müştərilərin məmnuniyyətini artırmaq məqsədilə bir neçə yenilik tətbiq edilib. Belə ki, yaşı 65-dən yuxarı olan və ilk dəfə pensiya kartı alan müştərilərin kartları onların yaşadıqları ünvana çatdırılacaq.

Həmçinin, həmin yaşda olan, lakin kartlarının vaxtı bitən mövcud müştərilərin kartları növbəti 3 ay müddətinə uzadılacaq və onlar təqaüdlərini köhnə kartları ilə ala biləcəklər. Yaşı 65-dək olan təqaüdçülər isə Kapital Bank filiallarına gələrək, kartlarını oradan təhvil ala bilərlər.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp