Neymar “Barselona”ya qayıtmaqda qərarlıdır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, PSJ-nin futbolçusu Neymarın “Barselona”ya qayıtmaq istədiyi xəbəri yayılıb.

Publika.az xəbər verir ki, bu barədə “AS” nəşri məlumat yayıb.Braziliyalı hücumçunun yenidən Lionel Messi və Luis Suareslə birgə oynamaq istədiyi vurğulanıb. Bildirilib ki, Neymar yaxın vaxtlarda Paris klubunun rəhbərliyindən onun gedişinə icarə verməyi istəyəcək.

Qeyd edək ki, 28 yaşlı oyunçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır. Onun 200 milyon avro qarşılığında müqaviləsini birtərəfli ləğv etmək hüququnun olduğu iddia edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp