“Gilan Holding” koronavirusla mübarizəyə 1 milyon manat ayırdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Gilan Holding” Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1 milyon manat vəsait ayırıb

Publika.az xəbər verir ki, “Gilan Holding” korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 1,000,000 manat yardım vəsaiti ayırıb.

Əlavə olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq, “Gilan Holding” və tərkibində olan şirkətlər koronavirusla mübarizə və yayılmasının qarşısını almaq məqsədilə fevral ayından müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirirlər:

Mümkün olan yerlərdə “evdən iş” rejiminə keçirilib, iclaslar video konfrans vasitəsilə onlayn həyata keçirilir.

“Gilan Holding” daxilində Operativ qərargah yaradılaraq, dövlət qurumları ilə birgə ölkədə koronavirusla mübarizəyə dəstək istiqamətində müxtəlif tədbirləri davam etdirəcək.

Daha öncə qeyd edildiyi kimi, artıq “Gilan Holding” şirkətlər qrupuna daxil olan, Bakıda və bölgələrdə yerləşən bir çox otellər müvəqqəti fəaliyyət növlərini dəyişərək koronavirusla mübarizə sahəsinə cəlb edilib. Hazırda bu məqsəd üçün ayrılmış otellər karantin məkanları kimi istifadəyə verilib. Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstərən karatin məkanlarının bütün xərcləri də holdinq tərəfindən təmin edilməkdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp