Son 1 il ərzində “Nar”abunəçilərinin internetdən istifadəsi 65% artıb –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Bütün ölkə əhalisini yüksək keyfiyyətli şəbəkə ilə təmin etməyi hədəfləyən “Nar”, abunəçilərini kəsintisiz və sürətli internet təcrübəsi ilə təmin etməkdədir. 

Belə ki, mobil operatorun təqdim etdiyi yüksək keyfiyyətli internet xidməti nəticəsindəinternet trafikinin həcmi son 1 il ərzində 65% yüksəlib. Qeyd edək ki, artıma bütün ölkəərazisində LTE/LTE-A texnologiyalı baza stansiyalarının genişlənməsi, smartfon penetrasiyasının artımı, eləcə də müştərilərin internetə olan ehtiyaclarını qarşılamaq məqsədilə təqdim edilən məhsullar səbəb olub. Belə ki, son 1 il ərzində Bakı üzrə smartfon istifadəçilərinin sayı 15%, regionlar üzrə isə 14% artıb.

“Nar”ın abunəçilərini keyfiyyətli internetlə təmin etməsi nəticəsində 4G istifadəçilərinin sayı 1 milyonu ötüb. Bununla da hər iki “Nar” abunəçisindən biri aktiv 4G istifadəçisidir. Hazırda 54 bölgə mərkəzini LTE texnologiyalı baza stansiyası ilə təmin edən mobil operator ölkəərazinin 76%-ni (işğal olunmuş ərazilər istisna olmaqla), ölkəəhalisinin isə 93,2%-ni 4G/4.5G şəbəkəsi iləəhatə edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp