Avropa Yayım İttifaqından CİDDİ QƏRAR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Xəbər verdiyimiz kimi, Avropa Yayım İttifaqı koronavirusun yayılması riskləri səbəbindən bu il may ayında Niderlandda keçiriləcək “Eurovision 2020″ müsabiqəsinin ləğv olunduğunu bəyan edib.

Publika.az xəbər verir ki, müsabiqəni 2021-ci ilə qədər təxirə salmaq qərarına gələn təçkilatçılar 2020-ci ildə seçilən iştirakçıların ölkələrini gələn il yarışmada təmsil etmək hüququnu saxlayıb. Lakin təşkilatçılar COVID-19 koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınan yarışmada ölkələrin istədikləri qaydada müsabiqədə təmsilçilərini dəyişdirmələrinə və ya buraxmalarına icazə verməyi qərara alıb. Daha bir mühüm qərar ondan ibarətdir ki, iştirakçılar yarışmada bütün hallarda yeni mahnılarla çıxış etməli olacaq.

“Müsabiqə şurası qərara gəldi ki, müsabiqənin qaydalarına uyğun olaraq, bu ilin mahnılarının 2021-ci ildə müsabiqədə iştirakına icazə verilməyək”, – deyə təşkilatçıların bəyanatında vurğulanıb.

Aytən Məftun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp