YAP 200 min manat yardım edir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.

Publika.az-a YAP-dan verilən məlumata görə, partiyanın bütün strukturları bu ümumxalq mübarizəsində iştiraka cəlb edilib, onlara müvafiq göstərişlər verilib.

Müasir dünyanın başı üzərini almış böyük və ciddi təhlükənin Azərbaycana təsirinin azaldılması dövlətin bu sahədə apardığı səmərəli profilaktik tədbirlərə hamının dəstək olmasından birbaşa asılıdır. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının hər bir üzvü partiyanın Sədri, Prezident İlham Əliyevin koronavirus infeksiyasının yayılması təhlükəsinin qarşısının alınmasında hər kəsin şəxsi iştirakının təmin edilməsi barədə çağırışına əməl edəcək, xalqımızın və ölkəmizin bu qorxulu bəladan xilas olmasına öz şəxsi töhfəsini verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp