Təhsil naziri valideynlərə müraciət etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramov şagird, müəllim və valideynləri Novruz bayramı münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, təbrikdə deyilir:

UNESCO-nun məlumatına əsasən, hazırda dünyanın 100-dən artıq ölkəsində 800 milyondan artıq şagird və tələbə təhsildən kənar qalıb. Bir çox ölkələrdə koronavirus infeksiyası insanların gündəlik həyatına mənfi təsir edib. Məktəblər və digər təhsil ocaqları bağlanıb. Bu təsir ölkəmizdən də yan keçməyib. Bu səbəbdən bütün təhsil müəsissələrində təlim və tədris prosesi dayandırılıb. Hər gün məktəbə getməyə vərdiş etmiş uşaqlarımız hazırda evdədirlər. Lakin biz onların təhsildən geri qalmaması, vaxtlarının səmərəli keçirilməsi məqsədi ilə məsafədən tədrisin təşkili ilə bağlı bir addım atdıq. Martın 11-dən etibarən “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” verilişi çərçivəsində teledərslərin yayımına start verdik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp