Qanunlar tez qəbul edilməlidir ki…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Dünyada koronavirus tüğyan edir. Azərbaycan koronavirusla mübarizədə səmərəli fəaliyyət göstərir. Azərbaycanın fəaliyyəti Ümiumdünya Səhiyyə Təşkilatı tərəfindən müsbət qiymətləndirilir.

Publika.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında spiker Sahibə Qafarova deyib.

O, xatırladıb ki, Baş nazir tərəfindən dövlət qurumları və yerli icra qurumlarına müvafiq təlimat göndərib: “Biz fəaliyyətimizi bu təlimat məktubuna uyğun qurmalıyıq. Hesab edirəm ki, bir müddət parlamentin komitə və komissiyalarının iclası təxirə salınmalıdır. Xahiş edirəm təlimat məktubuna baxıb tanış olasınız”.

Sahibə Qafarova qeyd edib ki, gündəliyə təklif olunan məsələlərin bir hisəssi koronavirsla qarşı mübarizə haqqındadır: “Bu qanunlar tez qəbul edilməlidir ki, koronavirus epidemiyasına qarşı daha səmərəli tədbirlər həyata keçirilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp