“Koronavirusdan öncə də neftin qiymətində dəyişkənliyin şahidi olduq”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Dünyanın iki nəhəng iqtisadi qüvvəsi – ABŞ-la Çin arasındakı ticarət savaşı təbii ki, qlobal ticarətə da təsir göstərməyə başladı”.

Musteqil.az  xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmovun sözlərinə görə, “Brexit” özü də qlobal iqtisadiyyata mənfi təsir edib: “Brexit”, bütövlükdə Avropa iqtisadiyyatında baş verən proseslər və onun qlobal iqtisadiyyata təsirini çox ciddi qiymətləndirmək lazımdır. “Brexit” prosesinin başlanması və sonu təbii ki, de-fakto olaraq başlanğıcını ordan götürür. Qlobal iqtisadi artım, qlobal ticarət və bizim üçün ən önəmli olan neftin qiyməti – bunlar çox sıx asılıdır.

Xatırlasaq görərik ki, bütövlükdə 2018-2019-cu illərdə Beynəlxalq Valyuta Fondu (IMF) qlobal artım proqnozunu düz 5 dəfə təsis edib. Hamısı da aşağı salınmaya doğru. 2019-cu ildə əldə edilən qlobal iqtisadi artım 2008-ci ilin əvvəlində, yəni böhrandan qabaqkı dövrə aid olan artım səviyyəsinə gəlib düşüb. Yəni ən aşağı səviyyədə idi”.

“Koronavirusdan öncə də biz neftin qiymətində dəyişkənliyin şahidi olmuşuq. 2018-ci ildə neftin qiyməti 72 ABŞ dolları idi, 2019-cu ildə bu 64 ABŞ dollarına düşdü. 2020-ci ilin əvvəlindən də volatililik (qiymətlərin müntəzəm dəyişkənliyi -red) başladı və neftin qiyməti düşdü.

Bu ilin əvvəllərindən qlobal iqtisadiyyatda baş verən proseslər koronavirusla əlaqədar idi. Bəlkə Çin iqtisadiyyatının rolu tam qiymətləndirilmir. Yadınızdadırsa, İngiltərə bir zamanlar “dünya emalatxanası” adlandırılırdı. Bu gün Çin haqqında da belə deyirlər, amma məncə bu daha geniş məfhumdur.

Ayrı-ayrı vaxtlarda dünya iqtisadiyyatının artım hissəsinin 35-40%-ni Çin iqtisadiyyatı verir. Bu, olduqca böyük rəqəmdir”. / Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp