İran prezidentindən dünya ölkələrinə MÜRACİƏT

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İran Prezidenti Həsən Ruhani dünya dövlətlərinin başçılarına məktubla müraciət edərək ABŞ-ın iqtisadi sanksiyalarının koronavirusla mübarizədə ciddi əngəl olduğunu bildirib.

Publika.az xəbərinə görə, İranın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir ki, H.Ruhani dünya dövlətlərinin prezidentlərini bu məsələyə biganə qalmamağa, günahsız insanların ölümünü kənardan seyr etməməyə çağırıb. Qeyd olunub ki, koronavirus siyasət və coğrafiya tanımır, onunla mübarizə üçün birgə səylər zəruridir.

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Prezidentin məktubunu şərh edərək nəzərə çatdırıb ki, heç bir təqsiri olmayan iranlıların ölümünü kənardan seyr etmək mənəviyyata sığmır. Beynəlxalq ictimaiyyət ABŞ Prezidentinin sanksiyalarını qınamalı və onların aradan qaldırılmasını tələb etməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp