Tramp ABŞ-ın bütün ştatlarında FÖVQƏLADƏ VƏZİYYƏT elan etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, ABŞ prezidenti Donald Tramp ölkədəki koronavirusla bağlı vəziyyətə dair açıqlama verib.

Publika.az-ın məlumatına görə, o bildirib ki, bütün ölkədə fövqəladə vəziyyət elan edilib. Tibbi müəssələrin gücləndirilmiş iş rejiminə keçdiyini deyən Tramp, virus şübhəsi olan bütün vətəndaşların xəstəxanalara müraciət etməsini tövsiyyə edib. “Ağ ev” rəhbərinin sözlərinə görə, insanların müayinəsi üçün ayın sonuna qədər 5 milyon test hazır olacaq.

Hazırda isə 1,4 milyon test var. İnsanlar hətta avtomobillərindən düşmədən nümunələr verə bilər.

Anar Türkeş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp