Restoran və kafelərlə bağlı xüsusi təlimatlar hazırlanacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycanda restoran və kafelərdə davranış qaydaları ilə bağlı xüsusi təlimatlar işlənib hazırlanacaq.

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, bu təlimatlar Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanacaq.

Eyni zamanda restoran və kafelərdə kütləvi şənliklərin, məclislərin təşkili qadağan edilib. Bununla yanaşı, Azərbaycanda saat 21:00-dan sonra fəaliyyət göstərən klublar və barların fəaliyyəti dayandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp