Bakı Aeroportu sosial şəbəkələrdə yayılan videoya aydınlıq gətirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Heydər Əliyev Beynəlxalq Hava Limanı sosial şəbəkələrdə yayılmış perronda növbə çəkən təcili tibbi yardım maşınlarının olduğu videogörüntülərə aydınlıq gətirib.

Aeroportun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, ötən gecə İtaliyadan tranzit gələn 26 nəfər sərnişin “Ukrayna Beynəlxalq Hava Yolları”nın Kiyev-Bakı reysi ilə gətirilib.

Bakı Aeroportunda eyni zamanda bildirilib ki, 26 sərnişindən 24 nəfəri İtaliyada daimi yaşayan və ya təhsil alan Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbi vətəndaşlardır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp