Millimizin futbolçusu ABŞ klubunda het-triklə başladı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşov “Finiks Rayzinq” komandasının heyətində ABŞ-ın USL müntəzəm çempionatındakı debüt matçında het-trik edib.

“Report”un məlumatına görə, 29 yaşlı hücumçu “Portlend Timbers”lə ilk tur qarşılaşmasında komandasının qollarından yarısının müəllifi olub. Meydana start heyətdə çıxan Dadaşov 13-cü, 24-cü 65-ci dəqiqələrdə fərqlənib. O, 86-cı dəqiqədə əvəzlənib. Görüş isə “Finiks Rayzinq”in 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp