Trampın qatıldığı konfransın iştirakçısında koronavirus tapıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ Prezidenti Donald Trampın və ölkənin vitse-prezidenti Mayk Pensin qatıldıqları “mühafizəkar konfransı”nda iştirak edənlərdən birində yeni növ koronavirus (COVID-19) aşkar edilib.

Bu barədə RİA Novosti xəbər yayıb.

Bildirilir ki, həmin şəxs Tramp və Pens ilə ünsiyyətdə olmayıb, həmçinin əsas zaldakı tədbirlərdə iştirak etməyib.

Qeyd edək ki, konfrans Vaşinqtonun yaxınlığında fevralın sonlarında keçirilib. ABŞ lideri tədbirin yekun günündə çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp