Gömrük orqanları əməkdaşları üçün təlimlər keçirildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gömrük orqanları əməkdaşları üçün rentgen avadanlıqlarının və yoxlama-baxış sistemlərinin istismarı üzrə təlimlər keçirilir.

Publika.az xəbər verir ki, martın 4-dən başlayan bu təlimlər Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə texniki yardımı çərçivəsində təşkil edilib.

Təlimlər “Smiths Detection” şirkətinin beynəlxalq təlimçilərinin iştirakı ilə Dövlət Gömrük Komitəsinin Akademiyasında və Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunda keçirilir.

“HCVM T” markalı mobil tipli yoxlama-baxış sisteminə dair operator kursu üzrə təlimlərin isə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postunda keçirilməsi nəzərdə tutulur.

Təlimlərdə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi, Bakı Baş Gömrük İdarəsi, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsi, Cənub Ərazi Baş Gömrük İdarəsi və “Azərterminalkompleks” Birliyi üzrə ümumilikdə 33 gömrük əməkdaşı iştirak edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp