AZAL-da koronavirus tədbirləri – Hər uçuşdan sonra…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Azərbaycan Hava Yolları” QSC (AZAL) koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün bütün mülki aviasiya obyektlərinin dezinfeksiyasının həyata keçirilməsini davam etdirir.

Publika.az xəbər verir ki, AZAL koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə aşağıdakı işləri həyata keçirir:

– uçuşlardan sonra hava gəmilərinin xüsusi dezinfeksiyaedici mayelər ilə dezinfeksiyası həyata keçirilir;

– hava gəmilərində HEPA havalandırma filtrləri vaxtaşırı dəyişdirilir;

– hava gəmisində koronavirus infeksiyasına yoluxmaqda şübhəli bilinən xəstə aşkar edildiyi zaman tədbirlərin görülməsi üçün uçuş heyəti ilə treninqlər aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp