Daha üç azərbaycanlıda koronavirus AŞKARLANDI

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,İran İslam Respublikasından qayıdan Azərbaycan Respublikasının üç vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə Publika.az-a Nazirlər Kabinetinin yanında operativ qərargahdan məlumat verilib.

Qeyd olunub ki, onlardan biri, 1938-ci il təvəllüdlü vətəndaş İrandan qayıtdıqdan bir müddət sonra səhhətində yaranmış problemlə əlaqədar xəstəxanaya müraciət edib. Müayinə zamanı onda pnevmoniya müəyyən edilib, laborator analiz isə koronavirus infeksiyasına yoluxma faktını təsdiqlənib. Hazırda pasiyentin vəziyyəti kafidir.

Xüsusi rejimli xəstəxanalara yerləşdirilən hər üç pasiyentin müalicəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp