Koronavirus o ölkədə də aşkarlandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

İndoneziyada ilk koronavirus faktı qeydə alınıb.

Publika.az xəbər verir ki, bu barədə “Qardian” informasiya yayıb.

İndoneziya Prezidenti Coko Vidodonun açıqlamasına yer verilən xəbərdə bildirilib ki, ölkədə 2 koronavirus daşıyıcısı aşkarlanıb.

Virusa yoluxanlar Yaponiyada karantində saxlanılan “Diamond Princess” gəmisindən təxliyə olunan 64 yaşlı qadın və 31 yaşlı qızıdır. Onlar Sebaru adasında müşahidədə saxlanılacaq.

Qeyd edək ki, İndoneziyanın 265 milyon əhalisi var.

Koronavirus dünya miqyasında 89 077 nəfərə yoluxub. Onlardan 45 146 nəfəri sağalıb, 3 053 nəfər isə ölüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp