Bakıda küləkli hava ilə bağlı sakinlərə və sürücülərə XƏBƏRDARLIQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) paytaxtda müşahidə olunan küləklə əlaqədar sakinlərə və sürücülərə xəbərdarlıq edib.

BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov Trend-ə bildirib ki, hazırda əsən güclü külək ağacların aşma ehtimalını artırır: “Güclü külək hətta sağlam ağacları da aşıra bilər. Buna görə də sürücülərdən xahiş edilir ki, maşınlarını ağacların altında saxlamasınlar. Sakinlərə isə ağacların altında dayanmamaq və ehtiyatlı olmaq məsləhət görülür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp