“Azərbaycanlılar Yerevanda” videosu Ermənistan xüsusi xidmət orqanlarını təşvişə saldı –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Ermənistan xüsusi xidmət orqanları bir neçə gün əvvəl internetdə, sosial şəbəkələrin erməni seqmentində yayılan və azərbaycanlıların Yerevanda sərbəst dolaşmasından bəhs edən videorolikə görə təşvişə düşüblər. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti təhqiqat aparıb və həmin qalmaqallı videorolikin mənşəyini müəyyən edib.

Videoroliki fevralın 26-da Qor Qriqoryan adlı istifadəçi sosial şəbəkədə yerləşdirib. Bildirib ki, Azərbaycan vətəndaşları Yerevanda rahat gəzib-dolaşır və video çəkir, amma Ermənistan xüsusi xidmət orqanları heç bir tədbir görmür.

“Fevralın 26-da səhər mənim Facebook dostlarımdan biri Messenger üzərindən mənə videorolik göndərdi: hansısa azərbaycanlı Yerevandakı “RİO Moll” ticarət mərkəzinin qarşısından kadrlar çəkir və erməniləri söyür, Yerevanı isə azərbaycanlıların şəhəri adlandırır”,-o bildirib.

Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti fevralın 29-da yaydığı bəyanatda əhalini əmin edir ki, heç bir azərbaycanlı Yerevanda olmayıb və videorolik çəkməyib. Həmin kadrlar montajdır, belə ki, rolik ilk dəfə 2018-ci ilin əvvəllərində internetdə yerləşdirilib. Orada hansısa qadın erməni dilində Yerevanda yeni ticarət mərkəzinin açılmasından bəhs edir. Daha sonra həmin videoya azərbaycanca səs əlavə edilib və montaj olunub.

“Əməkdaşlar müəyyən edib ki, həmin roliki dostu Qriqoryana Azərbaycanda yaşayan istifadəçi Davud Hacıyev göndərib. Qriqoryan onunla 2 il əvvəldən tanışdır. Hacıyev özünü ləzgi kimi təqdim edib və həmişə Azərbaycan hakimiyyətini tənqid edirmiş. Qriqoryan özü rolikin montaj olduğunu bilməyib.  Bu təxribatdır və məqsəd Ermənistan vətəndaşları arasında xüsusi xidmət orqanlarına şübhə toxumları səpməkdir”,-açıqlamada bildirilir.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp