Əsəd ordusu İdlibdən qaçır – Türkiyədən AĞIR ZƏRBƏ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Türkiyə ordusu Suriyada Əsəd rejiminin mövqelərinə zərbələr vurmağa davam edir.

Publika.az xəbər verir ki, Türkiyə saatı ilə 15:20-dən etibarən türk ordusu Sarakib bölgəsində Əsəd rejiminə aid hədəfləri bombalamağa başlayıb.

Əməliyyat nəticəsində bu bölgədə rejimə aid 8 tank, 4 zirehli texnika, 5 raket və 2 raket sistemi məhv edilib.

Vurulan obyektlər arasında Kurin hərbi bazası da var.

Bu gün səhər saatlarından başlayan əməliyyatlar Əsəd ordusunun çoxsaylı texnikası ilə yanaşı, 200-dən çox əsgəri də məhv edilib.

Son məlumata görə, Əsəd rejiminin qüvvələri İdlibdən qaçmağa başlayıb.

Asif

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp