Qrad Yaşar kimdir

Allah-təala bizə bir millət olaraq bütün dəyərləri bəxş edib. Eyni zamanda dəyərlərimizi qorumaq sınağından üzü ağ çıxmaq üçün erməni kimi mənfur qonsu da verib. Xalqımız var olduğu gündən bu günə qədər zaman-zaman ağır döyüş səhnələrinə şahid olub. Məqsədlər isə bizi bir millət olaraq tarix səhnəsindən silmək istəyirdi. Lakin ulu Dədə Qorqudun söylədiyi kimi:- “Biz varıq. Olacayıq. Qalacağıq. Yaşayacağıq.” Millətin millət olaraq əbədi yaşaması üçün qeyrətli oğullarına ehtiyacı var.
Artıq otuz ildən artıq ermənilərlə davam edən müharibə çox say-seçmə igidlərimizi vaxtsız aldı. Yaşayanlarsa müharibənin dəhşətlərini xatirələrinə yazıb həyatın axarında səssiz-səmirsiz üzüb gedirlər. Onlar heç bir şöhrət, alqış, mükafat gozləməyərək gəncliklərinin müharibəyə qurban verdilər. Bəs bizlər onlar üçün nə etdik?
Bu gün Qazax rayonunun yaşlı və orta nəslindən “Qrad Yaşar” adını sormuş olsanız hər kəsin gözlərində bir rəğbət, simasında məmnuniyyət ifadəsini asanlıqla oxuya bilərsiniz.
Adından bəhs etdiyimiz “Qrad Yaşar” kimdir, gəlin tanıyaq.
1967-ci ildə Lerik rayonunun Kəlvəz kəndində şərəfli müəllimlik peşəsi ilə ailəsinin yaşadan Teyyub müəllimin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Valideyinləri körpənin adına Yaşar dedilər. 11 uşaqlı ailədə dünyaya göz açan və böyüyən Yaşar, uşaqlıqdan bacı-qardaşları ilə birlikdə sağlam ailə tərbiyyəsi alır. Valideyinlər övladlarının qanına sevgiyi, mərhəməti, sədaqəti, qeyrəti, sədaqəti “ilmə-ilmə” işləyib, onları ləyaqətlə böyüdürlər.
Yaşar 1989-cu il tarixində zamanın tələbi ilə SSRİ ordusuna yollanır. O dövrdə ki, erməni daşnaklarının Azərbaycanın ərazi bütövlüyünə yönələn müharibəsinin yeni-yeni başlayırdı. Vətən torpaqlarının xain qonşular tərəfindən tapdaga çevrilməsi gənc Yaşarın damarlarında qaynayan qanını söndürdü. O nəyin bahasına olursa-olsun vətənə dönüb ermənilərlə döyüşə qatılmağa can atırdı. Nəhayət 1990-cı ildə Gəncə şəhərində yerləşən 70-ci polkda tağım komandiri vəzifəsinə təyin olunur. Rus ordusunun ermənilərə verdiyi dəstəklə Qazax rayonunun kəndləri erməni basqınlarının hədəfinə çevrilmişdi. Xaç qardaşları tərəfindən o dövr üçün son model silah və sursatla təmin olunmuş erməniyə qarşı ov tüfəngi ilə savaşan igidlərimizin dirənişi heyrətamiz idi. Rus ordusunun maddi təhcizatına cavabdehlik daşıyan Yaşar Şükürov artıq xidmət etdiyi rus ordusunun ermənilərlə əlbirliyinə dözə bilmir. Qazax rayonunun Xanlıqlar kəndində yerləşən rus ordusunun silah anbarlarından xeyli sayda silah ələ keçirib xidmət etdiyi hərbi hissəni tərk edir. Rus ordusu tərəfindən ölüm hökmünə fərman verilmiş Yaşar Şükürov hər tərəfdə axtarışa verilir. Güvəndiyi dostları tez-tez gizləndiyi məkanı dəyişdirməklə həyatını xilas etdilər. Nəhayət rus ordusunun Azərbaycan torpaqlarını tərk etməsi ilə Yaşar azadlığına qovuşur. O bir peşəkar hərbiçi olduğu üçün torpaqlarımızın müdafiəsini bir an yaddan çıxarmır. Könüllülərdən ibarət yaratdığı silahlı dəstəsi ilə ermənilərin texnika və sursat baxımından üstünlüyünə baxmayaraq hücumlarını dəfələrlə boşa çıxardır. Qazağın Balacəfərli kəndinin üç tərəfdən hücumlara məruz qalması lakin həmlələrinin boşa çıxması onlarda böyük xof yaradır. Əslində isə onlard xof yaradan Yaşar Şükürovun zəkası ilə hazırlanan və istifadə olunan silahları idi. Erməni mövqelərinə atılan silahların qrad qurğuları qədər yaratdığı dağıntılar onlarda Azərbaycan hərbçilərinin qrad qurğularından atəş etdikləri təəssüratı yaradırdı. Bu isə düşmən tərəfdə ağır psixoloji durum formalaşdırır və vahimə yaradırdı. Halbu ki, Yaşar Şükürov borular vasitəsi ilə düşməndə qorxu yaratmağa nail olmuşdu. Məhz bu döyüşdən sonra Yaşar Şükürova “Qrad Yaşar” adı verildi. “Qrad Yaşar”ın döyüş hekayəsinin başlanğıcı da buradan başladı. Onun döyüş şücaətləri bir yazıya sığa bilməyəcək qədər böyük olduğu üçün bu yazımızda unudulmaz həyat hekayəsi olan Yaşar Şükürov haqqında kiçik bir epizodu qələmə aldıq. Onun şərəfli döyüş yoluna bələdçilik edəcək silsilə yazılarımızı bu məqalənin davamı olaraq gələcəkdə siz oxucularımıza çatdıracağıq.
Baş Redaktor Cavid Süleymanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp