İngiltərə miqrasiya şərtlərini açıqladı: bu şəxslərə tətbiq olunmayacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Böyük Britaniya Avropa İtifaqından çıxdıqdan sonra xal əsaslı miqrasiya sisteminə keçid edəcək.

Publika.az xəbər verir ki, hökumət “Brexit”dən sonra ölkəni dünyanın ən parlaq və ən yaxşı şəxslərinə açmaq niyyətindədir.

Daxili İşlər naziri Priti Patel məsələ ilə bağlı verdiyi açıqlamada yeni sistemin 1 yanvar 2021-ci il tarixindən etibarən qüvvəyə minəcəyini söyləyib. Bunun ölkə üçün tarixi qərar olduğunu bildirən nazir İngiltərədə sərbəst yaşamağa son verəcəklərini, sərhədlərini nəzarətə götürəcəklərini qeyd edib.

Patel İngiltərə xalqının tələblərini diqqətdə saxladıqlarını vurğulayaraq iqtisadiyyatı və ictimaiyyəti gücləndirmək üçün dünyanın hər tərəfindən ən parlaq zəkalara və ən yaxşı bacarıqlara sahib insanları cəlb etmək niyyətində olduqlarını bildirib.

Yeni sistemə əsasən, İngiltərədə işləmək və yaşamaq istəyənlər Kanada və Avstraliyada olduğu kimi xallarla dəyərləndiriləcək. Avropa İttifaqı üzvü olan və olmayan ölkələrin vətəndaşları üçün eyni şərtlər tətbiq ediləcək. Müraciət edən şəxslərin ingilis dili səviyyəsi, peşəsi və təhsil səviyyəsi kimi ünsürlər əsas prinsiplər olacaq. Kifayət qədər xal toplaya bilənlərin ölkəyə keçidinə icazə veriləcək. Elm adamları, mühəndislər və akademiklərə üstünlük veriləcək.

Bütün müraciət edən şəxslər İngiltərədən iş təklifi almalı və ya iş təklifi verən qurumlar illik 25 min 600 funt-sterlinq maaş verməli olacaq.

Aşağı səviyyəli işçilər üçünsə müəyyən bir miqrasiya sistemi tətbiq edilməyəcək.

Qeyd edək ki, 31 yanvar tarixində Avropa İttifaqından ayrılan İngiltərədəki yeni sistem Baş nazir Boris Conson hökumətinin ən əhəmiyyətli seçki vədlərindən biri idi.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp