Gənc oğlan ürəyindən vuruldu –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda kafedə bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən İlkin Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Eldar Mikayılovun icraatına verilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.

İttihama görə, ötən il aprelin 1-də, gecə 00.15-də Binəqədi rayon, Biləcəri qəsəbəsində yerləşən “Legenda” kafesində 1993-cü il təvəllüdlü Binnət Zülfüqarov ilə İlkin Məmmədov mübahisə edib. Sərxoş olan hər iki tərəf bir-birlərini söyüblər.

Bu zaman İlkin Məmmədov özündə olan bıçaqla Binnət Zülfüqarovun ürək və qarın nahiyəsindən xəsarət yetirib.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən İlkin Məmmədov polis əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq orqanı tərəfindən İlkin Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp