ABŞ qorxulu raketini sınaqdan keçirdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ Hərbi Dəniz Qüvvələri “Trident II” ballistik raketini döyüş başlığı olmadan sınaqdan keçirib.

Publika.az xəbər verir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin mətbuat xidmətindən verilən məlumata görə, raket Kaliforniyanın San-Dieqo şəhərinin sahilindəki “Ohayo” sinifli “USS Maine” sualtı qayığından (SSBN-741) atılıb.

Hərbi Dəniz Qüvvələrinin qeyd etdiyi kimi, strateji silah sisteminin etibarlılığı və düzgünlüyünü qiymətləndirmək üçün mütəmadi olaraq sınaqlar keçirilir. “Trident II” gözlənilən sistem performansını təsdiqləyib, raketin etibarlılığı və dəqiqliyi, həmçinin xüsusiyyətləri haqqında əlavə məlumat əldə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp