ABŞ-la “Taliban” arasında GÖZLƏNİLMƏZ YENİLİK: fevralın sonunda…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ və “Taliban” qruplaşması arasında sülh razılaşması fevral ayının sonunda imzalana bilər.

Publika.az xəbər verir ki, bu barədə “Taliban”ın öncül şəxslərindən olan, müzakirə heyəti üzvü Məvləvi Əbdül Salam Hənəfi “Nunn.asia” saytına açıqlamasında danışıb.

O bildirib ki, Qətərin paytaxtı Dohanın ev sahibliyi etdiyi sülh müzakirələri tamamlanıb. Fevralın sonunda tərəflər arasında müqavilə imzalama ehtimalı var. İmza mərasimi Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı və Əfqanıstanın qonşu ölkələrinin nümayəndələrinin hüzurunda baş tutacaq.

Razılaşma imzalanmadan əvvəl mərasim üçün uyğun atmosferin yaradılması məqsədilə qarşıdurmaların azaldılacağını bildirən Hənəfi müqavilədən sonra ABŞ və Əfqanıstan hökumətinin əlindəki 5 min “talibançı”nın sərbəst qalacağı, “Taliban”ın əlindəki min nəfərin azadlığa buraxılacağını deyib. Təklif edilən razılaşma və ABŞ qüvvələrinin Əfqanıstandan geri çəkilmə prosesinə dair detalları isə açıqlamayıb.

Xatırladaq ki, 5 sentyabr 2019-cu ildə Əfqanıstandakı ABŞ əsgərlərinə “Taliban” tərəfindən təşkil edilən hücumlardan sonra Prezident Donald Tramp 2018-ci ildən başlayan müzakirələri dayandırmışdı.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp