Rafael Ağayev növbəti qızıl medalını qazandı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Dubayda Karate 1 Premyer Liqa turnirində çıxış edən Azərbaycan karateçisi Rafael Ağayev (75 kq) növbəti uğura imza atıb.

Publika.az xəbər verir ki, karateçimiz turnirdə birinci yer uğrunda Luici Busa (İtaliya) ilə döyüşüb. Döyüş Rafael Ağayevin qalibiyyəti ilə yekunlaşıb. Bununla da karateçimiz qızıl medal qazanıb.

Dubayda Karate 1 Premyer Liqa turniri başa çatıb. Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp