Mətbuat Şurası MSK-nın qarşısında keçirilən icazəsiz aksiyada monitorinq apardı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu bu gün Mərkəzi Seçki Komissiyasının önüdə keçirilmiş icazəsiz aksiyada jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqini aparıb.

Mətbuat Şurasından Publika.az-a verilən məlumata görə, monitorinq qrupunun üzvlərinə peşə vəzifələrini yerinə yetirən media təmsilçiləri tərəfindən hər hansı müraciət daxil olmayıb.

Bununla yanaşı Mətbuat Şurasının monitorinq qrupu bir çox hallarda kütləvi informasiya vasitələrinin nümayəndələrinin aksiyaçılarla polis arasında yaşanmış gərgin situasiyalara daha yaxın olduqlarını müşahidə edib. Belə durumlarda həm jurnalistlərin, həm də hüquq-mühafizə orqanları təmsilçilərinin peşə vəzifələrinin icrası üçün çətinlik ehtimalı yaranıb. Buna görə də jurnalistlərə oxşar vəziyyətlərdə ehtiyatlı davranmaq, öz təhlükəsizliklərini qorumaq tövsiyə edilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp