Ruhani istefaya gedir? – Şok iddia –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,İran Prezidenti Həsən Ruhaninin istefaya getməsiylə bağlı şayiələr yayılıb.

Axar.az xəbər verir ki, bu məlumatı “Əl Monitor” jurnalı yayıb. Jurnal bu şayiələrin parlamentin keçmiş mühafizəkar deputatı, SEPAH-a yaxınlığı ilə seçilən Əlirza Zakani tərəfindən yayıldığını bildirib.

Məlumata görə, məhz Zakani keçən həftə mühafizəkar siyasətçilərlə görüşündə hökumətin Trampla danışıqlara başlamağa nail olmayacağı halda Ruhaninin istefaya gedəcəyini söyləyib.

İran hakimiyyəti isə Prezident Həsən Ruhaninin istefaya getməsi ilə bağlı məlumatı təkzib edib. Hökumətin adından açıqlama verən İran Prezidentinin köməkçisi Əli Rabii Ruhaninin prezidentlik dönəminin sonuna qədər vəzifəsini tərk etməyəcəyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp